Nigardan geyimini tənqid edənlərə sərt cavab: "Klublardakı geyimləri..."


Şou-biznes 13 Mar 2018 17:12:00 334 0

Nigardan geyimini tənqid edənlərə sərt cavab: "Klublardakı geyimləri..."

Müğənni Nigar Camal qısa geyiminə görə onu tənqid edənlərə sərt cavab verib.

Son.az axşam.az- istinadən xəbər verir ki, sənətçi bildirib ki, küçədə insanlar daha açıq geyimdə dolaşırlar:

"Maraqlısı odur ki, şəhərdə gənclər istədikləri kimi geyinirlər: midi, qısa, və sairə... Klublardakı geyimlərlə bağlı susuram. Tanımadığım insanlar profillər yaradıb və ürəkləri istəyən fikri yazırlar. İstəyir oğlan, istəyir xanım olsun, insana dəyər verilməlidir. Bir şəkil qoyan kimi hamı "milli mentaliteti" xatırlayır.   Bu, gündəmdə qalamq üçün deyil. Bu, bizim şəxsi səhifəmizdir, nə istəyirik, onu da yükləyirik. Kliplərimizdə, konsertlərimizdə açıq-saçıq geyimlər, rəqslər olur. Gedin adi insanların geyimlərinin dərdini çəkin".


Xəbərə aid fotolar