"Azərişıq"dan bayram günlərində elektrik təchizatı ilə bağlı


Digərləri 13 Mar 2018 17:19:00 214 0

"Azərişıq"dan bayram günlərində elektrik təchizatı ilə bağlı

"Azərişıq" ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, 2018-ci il mart ayının 20-dən 27-dək "Azərişıq" ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.