Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri ilə görüşüb


Digərləri 13 Mar 2018 17:15:00 95 0

Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bu xəbəri də oxu: Evini 11 milyona satır FOTO

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkəmizə səfərindən məmnunluğunu ifadə edən İ.Brayoviç Azərbaycan Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. İ.Brayoviç Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin önəmini vurğuladı və sessiya çərçivəsində keçirilmiş məhsuldar müzakirələrin dialoq və əməkdaşlığın inkişafına əsaslı töhfə verəcəyinə əminliyini ifadə edib. Görüşdə Azərbaycanla Monteneqro arasında dostluq əlaqələrinin konstruktiv dialoq və anlaşma mühitində yüksələn xəttlə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə baxışlarının üst-üstə düşdüyü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi bildirilərək Monteneqronun Avro-Atlantik təsisatlarda Azərbaycanın etibarlı tərəfdaşı olduğu diqqətə çatdırılıb. Monteneqronun Azərbaycanın Expo 2025 namizədliyinin dəstəkləməsinin təqdir olunduğu nəzərə çatdırılıb. Azərbaycan və Monteneqro arasında dostluğun inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olunub. Hər iki ölkənin parlament nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Monteneqro Parlamentinin spikeri ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Minsk Qrupu çərçivəsində həllinin tərəfdarı olduğunu deyib. Nazir E.Məmmədyarov Monteneqronun münaqişənin həllinə dair bu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, bütün beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Görüşdə iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Nazir qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verdi və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərini diqqətə çəkib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək like
  • 13 Mar 17:14  
Dünya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək

Cina Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrüb

arrow Ətraflı
Dinc sakinlərin Afrindən çıxması üçün dəhliz saxlanılıb like
  • 13 Mar 17:14  
Dünya Dinc sakinlərin Afrindən çıxması üçün dəhliz saxlanılıb

Türkiyə Silahlı Qüvvələri (SQ) dinc sakinlərin Suriyanın Afrin şəhəri

arrow Ətraflı
Nigardan geyimini tənqid edənlərə sərt cavab: "Klublardakı geyimləri..." like
  • 13 Mar 17:12  
Şou-biznes Nigardan geyimini tənqid edənlərə sərt cavab: "Klublardakı geyimləri..."

Müğənni Nigar Camal qısa geyiminə görə onu tənqid edənlərə sərt cava

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Bankından Novruz endirimləri! like
  • 13 Mar 17:09  
Digərləri Azərbaycan Beynəlxalq Bankından Novruz endirimləri!

Müştərilərin bayram sevincinə sevinc qatan Azərbaycan Beynəlxalq Bankı N

arrow Ətraflı
"Eurovision" mahnımız dəyişdirildi like
  • 13 Mar 17:07  
Şou-biznes "Eurovision" mahnımız dəyişdirildi

Xəbər verdiyimiz kimi, "Eurovision 2018"də səsləndiriləcək &quo

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Bankından Novruz endirimləri like
  • 13 Mar 17:06  
Digərləri Azərbaycan Beynəlxalq Bankından Novruz endirimləri

Müştərilərin bayram sevincinə sevinc qatan Azərbaycan Beynəlxalq Bankı N

arrow Ətraflı
"Azərbaycan cəmiyyəti dünya mədəniyyətinə açıqdır" like
  • 13 Mar 17:05  
Kriminal "Azərbaycan cəmiyyəti dünya mədəniyyətinə açıqdır"

"Azərbaycanda dövlət quruculuğu milli dəyərlərə söykənir. Amma bu

arrow Ətraflı
"Kritı Araz"ın məhkəməsində: "Kameradan 2 telefon tapıldı" like
  • 13 Mar 17:02  
Digərləri "Kritı Araz"ın məhkəməsində: "Kameradan 2 telefon tapıldı"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətk

arrow Ətraflı
Türkiyənin baş naziri sabah Bakıya rəsmi səfərə gələcək like
  • 13 Mar 17:00  
Siyasət Türkiyənin baş naziri sabah Bakıya rəsmi səfərə gələcək

O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov

arrow Ətraflı
Dostunu öldürdü, ölənin həyat yoldaşı şikayətçi olmadı like
  • 13 Mar 16:57  
Digərləri Dostunu öldürdü, ölənin həyat yoldaşı şikayətçi olmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirl

arrow Ətraflı
Qəzada nişanlı qızı ölən iş adamı teztez bu cümləni təkrarlayır  VİDEO like
  • 13 Mar 16:55  
Dünya Qəzada nişanlı qızı ölən iş adamı teztez bu cümləni təkrarlayır VİDEO

Mina Başaran və 7 rəfiqəsini İstanbula gətirən özəl "Bombardier Ch

arrow Ətraflı
Tramp Tillersonu vəzifədən azad etdi like
  • 13 Mar 16:54  
Dünya Tramp Tillersonu vəzifədən azad etdi

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu tutduğu vəzifəd

arrow Ətraflı
Prezident İlham Əliyev xalq yazıçısı Anarı təbrik edib like
  • 13 Mar 16:53  
Siyasət Prezident İlham Əliyev xalq yazıçısı Anarı təbrik edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Yazıç

arrow Ətraflı