"Azərbaycan cəmiyyəti dünya mədəniyyətinə açıqdır"


Kriminal 13 Mar 2018 17:05:00 321 0

"Azərbaycan cəmiyyəti dünya mədəniyyətinə açıqdır"

"Azərbaycanda dövlət quruculuğu milli dəyərlərə söykənir. Amma bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır".

Son.az yap.org.az-a istinadən bildirir ki, bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan Qərbə inteqrasiya edən bir dövlətdir və Azərbaycan cəmiyyəti də dünya mədəniyyətinə açıqdır. Onun sözlərinə görə, müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir.