Dəmir yolları üçün 5 milyard dollarlıq investisiya


Digərləri 13 Mar 2018 16:52:00 266 0

Dəmir yolları üçün 5 milyard dollarlıq investisiya

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclası başlayıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini Hicran Valehov bildirib ki, 2010-2020-ci illər ərzində Azərbaycan dəmir yolu təsərrüfatına 5 milyard ABŞ dolları məbləğində investisiya qoyulması nəzərdə tutulub. Onun bildirdiyinə görə, artıq bu vəsaitin bir hissəsi yatırılıb. 

"Bu investisiyalar beynəlxalq maliyyə institutları tərəfindən əməkdaşlıq çərçivəsində qoyulur"-deyə H.Valehov əlavə edib. O, qeyd edib ki, ən uğurlu layihələrdən biri 8,8km-lik Astara-Astara layihəsidir.