Dayanacaqlarda siqaret çəkilməsi qadağandır


Digərləri 13 Mar 2018 16:48:00 363 0

Dayanacaqlarda siqaret çəkilməsi qadağandır

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna əsasən, avtobus dayanacaqlarında da siqaret çəkilməsi qadağandır. 

Son.az xəbər verir ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına bununla bağlı xəbərdarlıq elanları vurulub.

Qeyd edək ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.


Xəbərə aid fotolar