"Bakcell" daha bir universitetdə əmək yarmarkasına qatılıb FOTO


Digərləri 13 Mar 2018 16:38:00 230 0

"Bakcell" daha bir universitetdə əmək yarmarkasına qatılıb  FOTO

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən "Bakcell" şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını  diqqət mərkəzində saxlayır. Bu fəaliyyətin davamı olaraq "Bakcell" mart ayının 10-da Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin iştirak etdiyi əmək yarmarkasında universitetin tələbə və məzunlarına "Bakcell" şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin, gənclər "Bakcell" şirkətinin  öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki "Bakcell" stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd etmək lazimdır ki, "Bakcell" və Qərbi Kaspi Universiteti arasında 14 dekabr 2017-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.


Xəbərə aid foto