Errera: "Çempionlar Liqasında qalibiyyət bizim üçün inanılmaz uğur olardı"


İdman 13 Mar 2018 16:32:00 324 0

Errera: "Çempionlar Liqasında qalibiyyət bizim üçün inanılmaz uğur olardı"

"Manchester United"in yarımmüdafiəçisi Ander Errera Premyer Liqada çempionluğa ən yaxın komanda və əzəli rəqibləri "Manchester City" barədə düşünmədiyini bildirib. Goal.az xəbər verir ki, ispaniyalı havbek bunları deyib:

"Ancaq özümüz barədə düşünürəm. Çempionlar Liqasında qalibiyyət bizim üçün inanılmaz uğur olardı. Bunun üçün, ilk növbədə "Sevilla"nı mübarizədən kənarlaşdırmaq lazımdır. Əgər "City"nin İngiltərədə, bizim isə Çempionlar Liqasında qalib gəlməyimizlə bağlı müqavilə imzalamaq imkanım olsaydı, bunu məmnuniyyətlə edərdim".