“Azərişıq”: Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar


Digərləri 13 Mar 2018 16:02:00 175 0

“Azərişıq”: Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar

“Azərişıq” ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.

Bakı. “Azərişıq” ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək. ASC-dən Trend-ə verilən məlumata görə, bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, 2018-ci il mart ayının 20-dən 27-dək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.