Qrizmann "Atletico"nun yeni müqavilə təklifini geri çevirdi


İdman 13 Mar 2018 15:22:00 296 0

Qrizmann "Atletico"nun yeni müqavilə təklifini geri çevirdi

"Atletico Madrid"in hücumçusu Antuan Qrizmann klubla yeni müqavilə imzalamaqdan imtina edib. Goal.az "Le Sport"a istinadən xəbər verir ki, bununla da 26 yaşlı forvardın "Barcelona"ya transferi yenidən gündəmə gəlib. Daha öncə onun Barselona şəhərində özünə malikanə axtardığı barədə xəbərlər yayılmışdı. Katalon klubu Qrizmannı almaq üçün hazırki heyətdən bir neçə futbolçunu satmalıdır. Fransalı qolyadorun buraxılış qiyməti 100 milyon avrodur.

Qrizmann 2014-cü ildən "Atletico"nun şərəfini qoruyur. Ötən yay onun "Manchester United"ə keçmək ehtimalı osla da, Madrid klubuna qoyulan transfer qadağası müqaviləsini 2022-ci ilin yayına kimi uzatmasına səbəb olmuşdu.