MTN generalları məhkəmədə son söz deyir


Digərləri 13 Mar 2018 15:06:00 333 0

MTN generalları məhkəmədə son söz deyir

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, prosesdə çıxışlar mərhələsi başa çatıb və son söz mərhələsinə başlanılıb.

Hazırda təqsirləndirilən şəxslər son sözlə çıxış edir.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə  azadlıqdan məhrum edilməsini istəyib.