“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq tender elan edir


Digərləri 13 Mar 2018 14:52:00 274 0

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq tender elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ilin 8-11 may tarixlərində Bakı şəhərində keçiriləcək Dünya Limanları Konfransının təşkilinə dair açıq tender elan edir.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ilin 8-11 may tarixlərində Bakı şəhərində keçiriləcək Dünya Limanları Konfransının təşkilinə dair açıq tender elan edir. Trend-in məlumatına görə, sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərə qarşı əsas tələblər: Qarşılanma; Mədəniyyət proqramının koordinasiyası. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət, yüksək səviyyəli xidmət personalı, avadanlıq və texniki xüsusiyyətləri, mühafizə imkanları, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı. Tenderdə iştirak etmək istəyənlər 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72. Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498 91 84 Təşkilatın adı: “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC Bank rekvizitləri: Kapital bank 1 saylı Səbail filialı Kod: 200059 AZ37NABZ01350100000000001944 VÖEN: 9900003611 SWIFT: AIIBAZ2X Beneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Beneficiary account: AZ27AIIB33010019443500206105