“YARAT” Akademiyası yaz sessiyasına başlayır


Digərləri 13 Mar 2018 14:49:03 247 0

“YARAT” Akademiyası yaz sessiyasına başlayır

Yaz sessiyası üçün tədris proqramı “CITTADELLARTE” Fondu ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Bakı. “YARAT” Akademiyası incəsənət haqqında cəmiyyəti maarifləndirməyi qarşısına məqsəd qoyaraq, geniş resurs və imkanlara malikdir. Xarici və yerli incəsənət ekspertləri tərəfindən keçirilən mühazirə və ustad dərsləri həm bu sahədə təhsil alan, həm də həvəskarlar üçün incəsənət dünyasını daha da dərindən tanımaq üçün əvəzolunmaz fürsətdir. “YARAT”dan Trend-ə verilən məlumata görə, cari ilin yaz sessiyası üçün tədris proqramı “CITTADELLARTE” Fondu ilə əməkdaşlıq çərçivəsində baş tutacaq. Sessiya müddətində “CITTADELLARTE” Fondunun təsviri incəsənət, dəb (fashion), memarlıq və dizayn sahələri üzrə ekspertləri mühazirələr və görüşlər keçirəcəklər. Sessiya müddətində Bolonya Müasir İncəsənət Muzeyinin direktoru, eyni zamanda Morandi Muzeyi, Ustika Yaddaş Muzeyi, Villa delle Roza və Sandra Natali ART rezidensiyasının rəhbəri Lorenzo Balbinin “Arte Povera” mövzusunda mühazirəsini dinləniləcək. “Yeni texnologiyalar və incəsənət” mövzusuna həsr olunacaq növbəti mühazirə “YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru, kurator və sənətşünas Suad Qarayeva-Malekiyə məxsusdur. Aprelin 18-də müstəqil kurator və sənətkar, video, fotoqrafiya və rəngkarlıq səhələrində çalışan Sabina Şıxlinskayanın təqdim edəcəyi mühazirənin mövzusu “Azərbaycan incəsənəti yenidənqurma dövründə” həsr olunacaq. Aprelin 20-də isə Azərbaycan Milli Konservatoriyasının xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan Mədəniyyət Nazirliyinin qeyri-maddi mədəni irsi üzrə eksperti, musiqişünas Cahangir Səlimxanovun “İncəsənət və musiqi” mövzusunda mühazirəsi dinləniləcək.