Əlverişsiz hava şəraiti qəzaya səbəb oldu VİDEO FOTO


Digərləri 13 Mar 2018 14:32:00 217 0

Əlverişsiz hava şəraiti qəzaya səbəb oldu  VİDEO  FOTO

Bu gün səhər saat 05:00 radələrində Şəkinin İnçə kəndi ərazisində qəza baş verib.

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, Qax rayonu, Baydarlı kənd sakini Vəliyev Elməddin Vəli oğlunun idarə etdiyi 90 VA 676 dövlət nömrə nişanlı avtomobil körpüdən aşıb.

Nəticə sürücü və avtomobildə olan 2 sərnişin 25 yaşlı Əhmədli Xəzər Azər oğlu, 21 yaşlı Yusifov Anar Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qəzanın baş verməsinə səbəb əlverişsiz hava şəraiti göstərilir.


Xəbərə aid fotolar