Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb


Digərləri 13 Mar 2018 14:22:00 278 0

Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb

Şahin Mustafayev İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb.

Bakı. İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və İranın neft-qaz sahəsində əlaqələri və bu sahədə mövcud potensialdan istifadə olunmaqla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.