Nazir: Azərbaycan xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib


Digərləri 13 Mar 2018 14:29:51 211 0

Nazir: Azərbaycan xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib

Azərbaycan xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib.

Bakı. Azərbaycan xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, səmərəli çoxmodullu nəqliyyat dəhlizlərinin qurulması yolu ilə ticarətin asanlaşdırılması və regiondaxili və transregional infrastrukturun uzlaşması ATƏT məkanında davamlı iqtisadi artıma töhfə verə bilər və verəcək. Xüsusilə də, ATƏT-in yaxşı idarətetmə və uzlaşma ilə bağlı Hamburq Nazirlər Şurası, o cümlədən nəqliyyatla bağlı bütün müvafiq ATƏT sənədləri və qərarları bu xüsusda əməkdaşlıq üçün faydalı çərçivə ilə təmin edir: "Bununla yanaşı, biz bu prosesi daha inklüziv etməliyik və burada uzlaşma gündəliyinin təşviqində parlamentarilərin roluna diqqət çəkmək istərdim. Azərbaycanın Xarici İşlər Nazirliyi İpək Yoluna Dəstək Qrupunun yaradılmasını alqışlayır. Bu gün burada 22 iştirakçı dövlət var. Əlbəttə ki, bu rəqəm arta bilər. İnanıram ki, bu qrup ticarət dəhlizlərinin möhkəmləndirilməsi məqsədilə əsas element kimi regional nəqliyyat infrastrukturu məsələlərində dialoq üçün platforma rolunu oynayır. Zənnimcə, bu, regionda uzlaşmanın təşviqi üzrə bu qrupun gündəliyə töhfə verə biləcəyi daha bir elementdir". E.Məmmədyarov bildirib ki, son illər Azərbaycan qeyri-neft sektorunun, xüsusilə nəinki ölkədə, həmçinin region boyunca nəqliyyat infrastrukturlarına sərmayə qoymaqla və tikintisini həyata keçirmərklə əhəmiyyətli addımlar atıb: "Bununla yanaşı, regionlararası ticarət dəhlizlərini uğurla dəstəkləmək və inkişaf etdirmək məqsədilə ölkədə möhkəm davamlı siyasi və makroiqtisadi sabitliyə nail olmaq və inkişaf etdirmək zəruri idi. Bu xüsusda, Azərbaycan bir neçə illər əvvəl neft və qaz sənayesində xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut edib. Yeni və hələ də genişlənən Bakı Limanının ətrafında Ələtdə Azad İqtisadi Zona yaratmaqla bu dəfə ticarət-logistika sektorunda daha belə bir addım atdıq. Azad İqtisadi Zonanın məqsədi regiondan bir çox ölkələrin iqtisadiyyatını və çoxsaylı ticarət marşrutlarını qidalandıra bilən regional ticarət-logistika qovşağı kimi Azərbaycanın cəlbediciliyini artırmaqdır. Onun məqsədi Avropa və Asiya boyunca ticarəti asanlaşdırmaq və bununla ticarət və investisiya təşviqinin müasir vasitələrini tətbiq etməklə qədim İpək Yolu haqqında ideyanı canlandırmaqdır. Ümidvarıq ki, bu, Azərbaycanın Avropa və Asiya ilə ticarət, logistika və investisiya əlaqələrini daha da möhkəmləndirəcək. Azərbaycan nəqliyyat şəbəkələrinə, logistika mərkəzlərinə sərmayə qoyur. Bütün bunlar ticarətə xidmət edir. Bu, Prezident İlham Əliyevin strateji baxış və fəlsəfəsinin tərkib hissələridir". O əlavə edib ki, bu məqsədə uyğun olaraq Azərbaycan hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub istiqamətləri boyunca qonşu dövlətlər və ATƏT-in digər maraqlı iştirakçı dövlətləri ilə tərəfdaşlıqda regional və regionlararası çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafıdır: "Yalnız Çin və Aİ arasında ticarətin həcminin 500 milyard avro olduğunu nəzərə alsaq, aydın olur ki, bir-biri ilə münaqişə və ya rəqabətdə deyil, bir-birini tamamlayan etibarlı ticarət marşrutları diversifikasiya olmalıdır. Buna görə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna Şərq-Qərb ticarət dəhlizi strategiyasının məhək daşı kimi ali məqsədi Şərqi Asiya ilə Avropanı əlaqələndirəcək olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu irəli sürüblər. Bu, iştirakçı dövlətlərin dəmir yolu şirkətlərinin, dəniz limanlarının və dənizçilik şirkətlərinin korporativ institusional təşəbbüsüdür. Bu marşrut boyunca ikitərəfli ticarət axını Qara dəniz və Türkiyə boyunca inkişaf edə bilər. Bununla yanaşı, Rumıniya və Bolqarıstanda da bu ticarət marşrutuna qoşulmaqla bağlı marağın artması əlamətləri var. Bizim iklin hesablamamız gələcək illərdə təxminən 3-4 milyon ton məhsulun nəql edilməsidir və bundan sonra ildə 8 milyon ton həcmə nail olmaqdır. Bu xüsusda və bu məqsədi nəzərdə tutaraq biz birinci mərhələdə 6-7 milyon ton yük ötürücü qabiliyyəti olan və ondan sonrakı ildə 17 milyon ton artırmağı nəzərdə tutan strateji sütun olan Bakı-Tbilisi-Qars dəmir yolunu inşa etdik. Ötən ilin oktyabr ayında istifadəyə verilmiş və Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə bu dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini əlaqələndirəcək, Avropa və Asiya arasında etibarlı və inteqrasiya edilmiş dəmir yolu ilə yük daşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək və iştirakçı ölkələrin nəqliyyat və tranzit qabiliyyətini artıracaq və bölgədə iqtisadi artım, sabitlik və rifahı artıracaq Yeni İpək Yolu adlandırılan qitələrarası dəhlizin əsas hissəsidir". Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ilk mərhələdə bir milyon sərnişin və bir neçə il ərzində 3 milyon sərnişin daşıyacağı, bununla da müxtəlif regionlar boyunca insanların hərəkətlərinə, onların rifahına və mədəniyyətlərarası əlaqələrdə artıma yol açacağı gözlənilir: