Qəzzada Fələstinin baş nazirinin korteji yaxınlığında partlayış olub, yaralılar var - FOTO


Dünya 13 Mar 2018 13:17:39 218 0

Qəzzada Fələstinin baş nazirinin korteji yaxınlığında partlayış olub, yaralılar var - FOTO

Əldəqayırma partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən partlayıb

Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayıcı qurğu işə salınıb. 

"Report" "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, partlayış zamanı 7 nəfər yaralanıb. 

Məlumata görə, baş nazirin özü xəsarət almayıb.

Əldəqayırma partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən partlayıb.