"Mənim maşınıma dəyib, digərinin üstünə aşdı"


Digərləri 13 Mar 2018 13:14:00 257 0

"Mənim maşınıma dəyib, digərinin üstünə aşdı"

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, avtoqəza Ələt-Astara magistral yolunun Aşağı Nüvədi kəndindən keçən hissəsində qeydə alınıb.

Gərmətürk qəsəbəsindən əsas yola çıxan və Ruslan Ağayevin idarə etdiyi "Mazda" markalı avtomobil hərəkətdə olan və Elvar Mikayılzadənin idarə etdiyi eyni markalı digər avtomobilə çırpılıb.

Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan Şöhrət Məmmədova məxsus "VAZ 2107" və Orxan Mirzəyevə məxsus "VAZ 2106" markalı avtomaşınlara dəyib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Nəticədə 3 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Xəbərə aid fotolar