Şahdağa 41 sm hündürlüyündə qar yağdı


Digərləri 13 Mar 2018 13:02:00 248 0

Şahdağa 41 sm hündürlüyündə qar yağdı

Ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-7, Lənkəran-Astara zonasında 3-19, Böyük Qafqazda 5-24, Mərkəzi-Aran rayonlarında 3-13, Qazax-Gəncə zonasında 3-10, Kiçik Qafqazda 2-7, Naxçıvan MR-da 1 mm olub.