"Yox bir, ölmüşdü Xankişinin eşşəyi..."


Siyasət 13 Mar 2018 13:08:00 218 0

"Yox bir, ölmüşdü Xankişinin eşşəyi..."

"Əli Kərimli sanki elə düşünür ki, Azərbaycan xalqı bu "nazlı erkəyi" prezident edəcək"

AXCP, Milli Şura və Müsavatın martın 10-da Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda keçirdiyi, qohum-əqraba və tanışlar yığıncağını xatırladan "mitinq"inə, bəlli, 1500 nəfər qatılmışdı.

"Respublikaçı Alternativ Hərəkatı" (REAL) bu mitinqdən imtina etmişdi.

Müxalifətdəki qurum yaydığı bəyanatla imtinasını belə izah etmişdi: "REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verir, elə bu dəfə də cox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL qərara alıb ki, Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, amma üzvlərimizin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxacaq. REAL strateji məqsədlərimizlə üst-üstə düşən alternativ metodlardan istifadə edəcək".

Yəni REAL Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı kimi siyasi "luzer"lərin mitinqini uğursuz taktika hesab etdiyini, "Məhsul"a toplaşaraq illərdən bəri dəyişməyən şüarları qışqırmağı və ümumiyyətlə, bayağı siyasi şüarçılığı mübarizə metodu hesab etmədiyini aşkar şəkildə vurğulamışdı. Təşkilat azsaylı mitinqləri uğursuz taktika saydığını və siyasi mübarizənin daha fərqli, kreativ metodlarına üstünlük verdiyini də açıqlamışdı.

REAL-ın bəyanatı təbii ki, radikal müxalifət düşərgəsində kəskin etiraz və hiddətlə qarşılanıb. Xüsusilə də AXCP sinirlənib.

Hazırda Fransada yaşayan Qənimət Zahidov Facebook səhifəsində REAL-a sataşaraq belə yazıb: "Bu gün bu fotonu çox görmüsünüz. Slovakiyanın paytaxtı Bratislavadır. Jurnalistin qətlinə etiraz edirlər. Məni isə məsələnin başqa tərəfi narahat edir. Avropanın mərkəzində yerləşən, 14 ildir ki, Avropa Birliyinin üzvü olan bu ölkədə bir dənə kreativ müxalifət təşkilatı tapılmır ki, slovak xalqına başa salsın ki, mitinq məqsəd deyil, mitinqlərin vaxtı keçib, mitinq keçirməklə uğur hekayəsi yazmaq olmaz, ümumiyyətlə başqa mübarizə formaları tapsınlar. Yazıq slovak xalqı... Kreativ müxalifətsiz neyləyəcəklər?"

Cəbhəçilərin ittihamları səngimir və Qənimət Zahidovun ironik açıqlaması onların arasında hələ ən mülayimi, sivili və mədəni formada olanıdır.

AXCP sədri, bloqer Əli Kərimlinin trolları isə heç bir mənəvi-etik sərhəd tanımayaraq REAL rəhbərliyi ilə hərəkatın üzvlərini açıq təhqir edir, qeyri-senzur ifadələr işlədirlər.

REAL tərəfdarı Azad Kərimov AXCP sədrinin trollarına sərt cavab verib.

O, Facebook-da AXCP və REAL arasında virtual "savaş" əsnasında yazıb: "Doğru qərardır. Hər halda Milli Şura kimi bir təşkilat illərlə oturub seçkiləri gözləyir. Sonra da seçkini 3-5 gün tezləşdirdiklərinə görə "inciyib" seçkini boykot edir. Sonra da mitinq təşkil edir. Guya bu yolla bu adamlar həqiqi müxalifət olduqlarını iddia edir.

Qəbul etsəniz də, etməsəniz də Azərbaycanda müxalifət lideri hazırda həbsdə olan İlqar Məmmədovdur.

Milli Şuradakılar ilk öncə fərli-başlı açıqlama versinki özlərini necə ifşa edirlər.

Bütün günü Əli Kərimli bəy ölkədəki problemlərdən danışır. Sadaladığı problemləri adi taksi şoferi də bilirsə, deyirsə Əli Kərimlini neynir camaat?

REAL təşkilatının lideri həbsdə olduğu üçün seçkilərdən imtina etdi. Bəs Milli Şura nəyə görə imtina etdi?

Əli Kərimli Milli Şuranı elə bil hansısa futbol klubunun baş məşqçisi kimi idarə edir? Adam 15 ildən artıq olar ki, AXCP sədridir. Sədr olduğu illər ərzində də AXCP-dən fərli-başlı bir şey görülməyib.

Əli bəy sanki elə düşünür ki, Azərbaycan xalqı bu "nazlı erkəyi" prezident edəcək.

Yox bir, ölmüşdü Xankişinin eşşəyi!

Əli Kərimli müxalifətdə diktatura yaratmış bir şəxsdir. Prezidentlik savadı, səviyyəsi belə yoxdur. Onun işi Avropaya siyasi mühacir yollamaqdır.

Əli Kərimli bəyin partiyası seçkilərdən sonra parçalanıb gedəcək. Çalışın bu parçalanmanı hökumətin üzərinə atmayın. Daxilinizdə Əli Kərimlini "devirməsəz" xalqdan dəstək almağınız qeyri mümkündür. Özü də başqa partiya və təşkilatlara agent, yerləşdirib əlbir olduğunuz şəxsləri ifşa etdirməyin.

O ki qaldı Milli Şuranın mitinqlərinə - hökumətdən icazə alıb hökumətə qarşı təşkil etdiyiniz etiraz aksiyalarından görünür ki utopik xəyallara kim qapılır.

Məhz hər dəfə təşkil etdiyiniz mitinqlərdə aranızdakı fəallardan bəziləri sırf polislərin ona zor tətbiq etməyi üçün "çalışır". Adi sivil qaydalara belə "vor zakon" tərzində əməl edirsiniz.

"Məhsul" stadionundakı mitinqlərinizi izləmişəm. Mitinqinizdən sonra Əli bəy mühafizəsi ilə guya vuruşa-vuruşa ərazidən çıxarkən Əli Kərimlinin status sözü verdiyi şəxslər az qalır ki polislə dava etsin ki, tutub bassınlar içəri. Kimə variant gəlirsiz?

1 həftə 15 sutka yatıb çıxıb qaçırsız Avropaya. Yaxşı yaşamaq üçün "meydana çıxırsız", amma Avropada yaxşı yaşamaq barədə düşünürsüz. Sizin meydanınız Avropadır.

Əli bəyin sayəsində artıq Avropada 10 minlərlə saxta mühacir var. Hətta keçən günlərdə ordakılardan biri özünü bıçaqlamışdı ki, deportasiya etməsinlər. Bunları mühacir statusu ilə Avropaya göndərən məhz Milli Şuradır. Saflar düşüb sizin kimi Əli Kərimlinin arxasına elə bilir biz heç nə bilmirik, görmürük.

Milli Şura tərkibində elə şəbəkə piramidası yaratmısız ki, kolluqda gizlənib gözünü yuman dəvəyə bənzəyir. Sanki sizi görən bir göz yoxdur.

AXCP başda olmaqla Milli Şuranın etdiyi tək bir şey var, o da xalqı daha da yuxuya vermək. Hökumətlə əlbir olub, hökumət daxili muxtar müxalifət partiyasısız. Bunu son seçkilərdə də göstərdiniz. Boykot verdikdən sonra etiraz mitinqləri ancaq Avropadan yardım almaq üçün etdiyiniz gedişdir.

Bunları bilmək üçün alim olmaq lazım deyil. Siz ölkə vətəndaşlarının problemlərindən qidalanan, şou yaradan pərdə arxası bir hökumət qurumusunuz. İfşa edilirsiz. Buna görə də yaxın vaxtlarda dağılacaqsınız.

Öz oyunlarınıza gəncləri qatırsınız. Sosial şəbəkələrdə müxtəlif feyk manipulasiyalar etməklə məşğulsunuz. Ona-buna "troll" deyirsiz amma burda xüsusi qrup yaradırsız, saxta xəbərlərlə, capslar yaradaraq öz fikrinizdə gündəm yaradırsız. O qədər özünüzü fəda edirsiz ki, elə bil sizi görən bir göz yoxdur.

Hələ mən sizin gəlir məmbəylərinizi demirəm. Yəqin ki onunda arxasından dövlət çıxacaq.

Və sonda əgər az miqdarda sorğulama qabiliyyəti olan Milli Şura müxalifətçisi varsa, getsin araşdırsın. Kor-koranə Əli bəyin arxasına düşməkdənsə, gedin bir taksi şoferinin arxasınca düşün. Onlar Əli bəydən daha çox siyasətçidir".

Orxan Hun Son.az