Türkiyə parlamentində müxalifəti təmsil edən deputatlar dalaşıb


Dünya 13 Mar 2018 12:36:41 246 0

Türkiyə parlamentində müxalifəti təmsil edən deputatlar dalaşıb

Hadisə məclisdə seçki ittifaqının qanuniləşdirilməsinin müzakirə zamanı qeydə alınıb

Türkiyə parlamentində müxalifəti təmsil edən iki partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar arasında dava düşüb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə martın 13-də məclisdə seçki ittifaqının qanuniləşdirilməsinin müzakirə zamanı qeydə alınıb.

CHP-nin İzmirdən olan deputatı Musa Çam əvvəllər MHP-nin sədri Devlet Bahçelinin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaşanmış “zürriyet” ifadəsi ilə bağlı mübahisəni xatırladıb. Bundan sonra MHP-dən olan deputatlar onu kürsüdə sıxışdırıb. Bu isə iki müxalif partiyanın deputatları arasında dava-dalaşa səbəb olub.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Musa Çamı cəzalandıraraq onun üç iclasa buraxılmaması barədə qərar çıxarıb.