"Azərbaycan sabit iqtisadi marşrutun yaradılmasına böyük töhfə verir"
Siyasət 13 Mar 2018 12:02:00 289 0
"Sabit iqtisadi marşrut İpək Yolu ölkələrinin ümumi məqsədidir və Azərbaycan İpək Yolu əməkdaşlığı çərçivəsində bu marşruta böyük töhfə verir".
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında ATƏT PA-nın sədri Georgi Tsereteli deyib.
G.Tsereteli bildirib ki, iqtisadi layihələr ATƏT-in fəaliyyətinin ayrılmaz hissəsidir: "Dünya iqtisadiyyatının vəziyyəti mövcud problemlərin öhdəsindən gəlmək məqsədilə ölkələrin sıx əməkdaşlığını tələb edir".
PA sədri əlavə edib ki, iqtisadi çiçəklənmənin nailiyyətləri də marşrutun bütün ölkələri arasında əməkdaşlığı tələb edir: "Bakı-Tbilisi-Qars Şərqlə Qərb arasında marşrut yoluna ideal nümunədir. Oxşar layihələr dünya ölkələri arasında həyati əhəmiyyətli iqtisadi körpüdür".
Mənbə: milli.az