Mart soyqırımı ilə bağlı tədbirlər keçirilir


Digərləri 13 Mar 2018 12:02:00 285 0

Mart soyqırımı ilə bağlı tədbirlər keçirilir

“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.

“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb. İdarədən trend-ə verilən məlumata görə, müvafiq əmr ilə təsdiqlənmiş “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı”na əsasən, mart soyqırımına aid müxtəlif mövzularda mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilir. Bundan başqa, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilir. Mart soyqırımından bəhs edən, divar qəzetləri, bülleten, fotostend və guşələr hazırlanır.