Tsereteli: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏTin ən əsas məqsədidir"


Siyasət 13 Mar 2018 11:50:00 277 0

Tsereteli: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏTin ən əsas məqsədidir"

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda jurnalistlərə ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli deyib.

O qeyd edib ki, ATƏT regionda bütün münaqişələrin həllinə fəal cəlb olunub:

"Parlament Assambleyası üçün və ATƏT-in özü üçün vacib və prioritet rollardan biri münaqişələrin nizamlanması və sülh yolu ilə həllində iştirakdır. Biz açıq şəkildə bəyan edirik: təəssüf ki, bir çox istiqamətlərdə, ilk növbədə, həlli uzanmış münaqişələr məsələsində çatışmazlıqlar, nöqsanlar mövcuddur. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, şübhəsiz ki, biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bununla belə, əldə etmək istədiymiz digər aydın nəticələr də var. Lakin prosesin iştirakçıları arasında tənqidin olması və müsbət olmayan münasibətlərə rəğmən, nizamlanmanın digər mexanizmi yoxdur. Münaqişənin sülh yolu ilə həlli - bu bizim ən əsas məqsədimizdir".