Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir –


Şou-biznes 13 Mar 2018 11:52:00 361 0

Aygün Kazımova: "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir –

Xalq artisti Aygün Kazımova ilə tədbirlərin birində ayaqüstü görüşdük.

Həmişəki kimi, tədbirdə seçilməyi və diqqət çəkməyi bacarır.

Əhvalı yüksəkdir. Gülür, ətrafa enerji saçır. Xoş əhvalından istifadə edib bir-iki sual ünvanlayırıq.

Son.az oxu.az-a yeni işlərindən danışan Kazımovanın müsahibəsini təqdim edir:

- İnsanlar konsertdən sonra yenidən durğunluq olacağını düşünürdülər, lakin Aygün Kazımova aktiv həyatına davam edir...

- Əslində, mənim aktiv həyatım keçən ilin yanvarından başlayıb, hələ də davam edir.

- Yeni işlər var, amma deyəsən, gizlədirsiniz...

- Bəli, var. Üç gün öncə bir klipi bitirdik. Hətta çəkiliş zamanı yıxılmışam. Burnumdan zədə almışdım. Rejissora demişəm ki, necə edirsən, et, onu gizlət.  Bundan başqa, ardı-arası kəsilmədən tamaşaçılarımız yeni layihələr görəcək.

- Yeni fotosessiyanız fərqli idi, yenə də insanları təəccübləndirdiniz...

- Bu, kişi imicini əks etdirən geyimlər idi. Mənə tamaşaçıların rəyi çox maraqlıdır. Dostlarım fotolarımı çox bəyəndiklərini söylədilər. Növbəti fotosessiyamız tam başqa olacaq. Klipdə görünüşüm tam başqa, o birində isə başqa cür olacaq. Gözəl xəbərlər var. 

- Bu yaxınlarda "Cücələrim" layihəsi də oldu. Tamaşaçılar sizdən bunu gözləmirdi...


Xəbərə aid fotolar