Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı


Digərləri 13 Mar 2018 11:42:00 209 0

Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı

Martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.

Bakı. Martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və M.Hüseynovun həmin gün saat 20 radələrində S.Vurğun küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.