Rusiyaya faktiki savaş elan olundu


Digərləri 13 Mar 2018 11:35:00 344 0

Rusiyaya faktiki savaş elan olundu

"Sabiq Sovetlər Birliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsinin arxasında çox yəqin ki, Rusiya durur".

Britaniyanın baş naziri Tereza Mey dünən ölkə parlamentində belə sensasiyalı bəyanatla çıxış edib.

Son.az The Guardian-a istinadən bildirir ki, Tereza Meyin dediyinə görə, S.Skripal və qızı Yuliya Rusiyada hazırlanmış kimyəvi silah tipli qaz olan "Noviçok"dan (Foliant-232) istifadə olunmaqla zəhərlənib.

"Beləliklə, Rusiya bu sui-qəsd zəhərlənməsinə görə bilavasitə, birbaşa məsuliyyət daşıyır, ya da zəhərlənmə üçün başqalarının əlinə keçən və istifadə olunan çox təhlükəli kimyəvi maddə üzərində nəzarəti itirib", - T.Mey söyləyib.

İcmalar Palatasında çıxış edən T.Mey daha sonra vurğulayıb ki, bütün sübutlar və əşyayi-dəlillər S.Skripalla qızının Rusiyada istehsal edilmiş sinir-iflic qazları tipindən olan "Noviçok"dan istifadə olunmaqla sui-qəsdə məruz qaldıqlarını göstərir.

"Dünyanın ən nüfuzlu və məşhur ekspertlərinin, o cümlədən Britaniya Müdafiə Nazirliyinin Porton-Daundakı Elm və Texnologiya Laboratoriyasının alimlərinin gəldikləri nəticələrə, habelə Rusiyanın əvvələr bu maddəni istehsal etdiyinə və indi də istehsal edə biləcəyinə, Rusiyanın indiyədək xaricdə törətdiyi qətllərə, o cümlədən ölkədən qaçmış bir sıra şəxslərin Rusiyada qətlə yetirilməsi gərəkən insan sayılmasına əsaslanaraq deyə bilərik ki, Sergey və Yuliya Skripallara qarşı sui-qəsddə Rusiyanın əli olduğu ehtimal oluna bilər", - T.Mey deyib.

Britaniyanın baş naziri onu da vurğulayıb ki, Skripalın qətli ilə bağlı olaraq Rusiyanın səfiri Britaniya XİN-nə çağırılıb. Səfirdən tələb olunub ki, Solsberidə qızı ilə birlikdə huşsuz tapılmış sabiq polkovnik S.Skripalın zəhərlənməsində istifadə olunmuş sinir-iflic qazı maddəsi Britaniyaya necə keçirilib.

Bundan başqa, T.Mey və Britaniyanın xarici işlər naziri Boris Conson Rusiya səfirinə deyiblər ki, o, "Noviçok" proqramı ilə bağlı tam dosyeni bu günün sonunadək Kimyəvi Silaşın Qadağan Olunması Təşkilatına təqdim etməlidir.

"Rusiya prezidenti bizə 24 saat ərzində cavab verməlidir. Əgər aydın cavab olmasa, bunu biz Rusiyanın ölkəmizin ərazində qanunsuz olaraq güc istifadə etməsi kimi dəyərləndirəcəyik", - Tereza Mey deyib.

"Noviçok" nədir?

Üçüncü nəsil sinir-iflic təsirli zəhərləyici maddə olan "Noviçok" (Foliant-232) hələ sabiq Sovetlər Birliyi dönəmində, "Foliant" layihəsi çərçivəsində hazırlanmağa başlayıb.

1973-cü ildə start verilmiş proqram çərçivəsində alimlərdən analoqu olmayan, yüksək zəhərləyici imkanlara malik, tərkibindəki kimyəvi elementlərə tez parçalanan, ifrat az dozalarda və yaxın təmaslarda istifadə edilə biləcək zəhərləyici maddənin əldə olunması tələb edilmişdi.

Layihəyə 200 kimyaçı alim cəlb olunmuşdu və sonucda işlərə rəhbərlik Şixanı şəhərindəki qapalı elmi-tədqiqat institutunun baş elmi işçisi P.P.Kirpiçevə həvalə olunmuşdu.

Sinir-iflic təsirli fosfororqanik zəhərləyici maddə olan "Noviçok" ilk dəfə 1980-ci ilin ortalarında sintez olunub. Sözügedən proqram çərçivəsində "33", "A-232" və "A-234" adlı zəhərləyci maddələr alınıb. Məhz onlar indi "Noviçok" adlanır və Britaniya hakimiyyət dairələrinin iddialarına görə, S.Skripalla qızının zəhərlənərək qətlə yetirilməsində istifadə olunub.

"Noviçok" fəaliyyət mexanizmi baxımından asetixolinesteraza fermentinin qarşısıalınmaz ingibitoru sayılır. Normal şəraitdə bu fermentlə dağılan asetilxolin neyromediatoru sinapslarda yığılır, sinir sistemini intensivləşdirir, sonra insanda apatiya yaradır. "Noviçok"la zəhərlənmənin kliniki mənzərəsi "zarin", "zoman" və "VX" qazları ilə zəhərlənməni xatırladır.