Azərbaycan Ordusunda təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər - VİDEO


Digərləri 13 Mar 2018 11:31:00 221 0

Azərbaycan Ordusunda təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər - VİDEO

Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.

Bakı. Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin niyyətinə uyğun olaraq müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər. Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.