Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı


Digərləri 13 Mar 2018 11:33:00 221 0

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı

Ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib.

Bakı. Ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.