Xəzərdə balıqçılar xilas edildi FOTO


Digərləri 13 Mar 2018 11:07:00 272 0

Xəzərdə balıqçılar xilas edildi  FOTO

Bu il martın 12-də Astara reydində fırtınalı hava şə­raiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən "ŞA-274" bort nömrəli, "Yamaha-48" mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyə­ti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Kələdəhnə" sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.

DSX-nın Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xid­mət­də olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üz­mə vasitəsinin koordinatları ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xi­las­et­mə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq sə­bəbidən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.


Xəbərə aid fotolar