Metro yaxınlığında tikilmiş bina Novruz bayramında yaşayışa təhvil verilir


Digərləri 13 Mar 2018 10:55:00 289 0

Metro yaxınlığında tikilmiş bina Novruz bayramında yaşayışa təhvil verilir

"Xəzər İnşaat XXI Əsr" şirkəti yaşayış komplekslərinin tikintisini ləngiməyə yol vermədən davam etdirir. Məqsəd bütün müştərilərə söz verilən vaxtda tikintini başa çatdırmaqdır. Tezliklə şirkətin yüzlərlə müştərisi yeni mənzilə köçmək sevincini yaşayacaqdır.

Hazırda "Xəzər İnşaat XXI Əsr" şirkəti Bakı şəhərində "Qara Qarayev", "Neftçilər", "Memar Əcəmi" metroları yaxınlığında və Yeni Günəşli qəsəbəsi olmaqla 4 yaşayış kompleksinin tikintisini həyata keçirir.

NOVRUZ BAYRAMINDA TƏHVİL VERİLƏCƏK

Şirkətdən verilən məlumata görə, "Memar Əcəmi" layihəsində tikinti tam başa çatdırılıb. Novruz bayramında tam təmirli mənzillərin sahiblərinə təhvil verilməsinə başlanacaqdır.

İnşası 2016-cı ildə start götürmüş bu yaşayış kompleksi metronun "Memar Əcəmi" stansiyasından piyada 3 dəqiqəlik məsafədə, "Yeganə" şadlıq sarayının yaxınlığında yerləşir. Yaşayış kompleksinin ətrafında 54 saylı tam orta məktəb, marketlər, tibb müəssisələri, onlarla restoran, kafe və şadlıq sarayları yerləşir.Qısası, hər şey bu kompleksdə yaşıyanların əli altında olacaqdır.

Əlavə edək ki, "Xəzər İnşaat XXI Əsr" şirkəti "Memar Əcəmi"də artıq yaşayış binalarından birini təhvil verib.Hazırda inşa edilən bina şirkətin həmin zonada yerləşən ikinci layihəsidir.

TƏMİRLİ, "KUPÇA"LI MƏNZİLLƏR

Mənzillər yalnız təmirli şəkildə təhvil verilir.Təmirdə istifadə olunan materialları alıcı özü seçir.Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları,İspaniya istehsalı kafel - metlax, parket döşəmə (palıd), istilik radiatorları və s. daxildir.