Kriptovalyuta bazarı "oynayır" - Virtual pullar ucuzlaşdı


Digərləri 13 Mar 2018 10:35:52 195 0

Kriptovalyuta bazarı "oynayır" - Virtual pullar ucuzlaşdı

Kriptovalyuta bazarında qiymətlərin qeyri-sabitliyi davam edir.

Bakı. Kriptovalyuta bazarında qiymətlərin qeyri-sabitliyi davam edir. Trend-in məlumatına görə, bu gün səhər saatlarından başlayarq kriptovalyutaların hamısının qiymətində ucuzlaşma qeydə alınıb. Qeyd edək ki, ucuzlaşma həm də dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiymətinə təsir edib. Belə ki, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,47% ucuzlaşaraq 9,42 min dollar təşkil edib.