Qaz təzyiqini ölçən mobil əlavə yaradıldı


Digərləri 13 Mar 2018 08:51:00 271 0

Qaz təzyiqini ölçən mobil əlavə yaradıldı

ABŞ-ın Miçiqan Universitetinin mütəxəssisləri qan təzyiqini ölçmək üçün mobil əlavə tərtib ediblər.  

Son.az lent.az-a istinadən xəbər verir ki, tərtibatçılar bildirib ki, nəticə əldə etmək üçün istifadəçinin, sadəcə, barmağını smartfonun korpusuna qoyması lazım gələcək.

Mütəxəssislər 3D çap üsulu ilə yaradılmış xüsusi çexol yaradacaqlar ki, orada da əlavə edilmiş optik ötürücü olacaq. Korpusa basdıqda, təzyiqin ölçülməsi prosesi həyata keçiriləcək, onun göstəriciləri isə smartfondakı əlavəyə ötürüləcək.