ABŞ İncirlikdə əməliyyatların sayını azaldıb


Dünya 13 Mar 2018 08:53:00 284 0

ABŞ İncirlikdə əməliyyatların sayını azaldıb

Hazırda bazada F-22 Raptor və F-15 Eagle qırıcıları, həmçinin yanacaq dolduran təyyarələr qalıb

Birləşmiş Ştatlar Türkiyənin İncirlik aviabazasından həyata keçirilən hərbi əməliyyatların sayını azaldıb və daimi əsasda ora yerləşdirilən heyət üzvlərinin sayının azaldılması imkanlarını nəzərdən keçirir.

Son.az "Report"a istinadən bildirir ki, bunu bazar ertəsi amerikalı rəsmi şəxslərə istinadən "The Wall Street Journal" yazıb.

Onlar baş verənləri iki ölkə arasındakı münasibətlərdə yaşanan gərginlik ilə əlaqələndiriblər.