NASAnın rəhbəri istefaya gedir


Dünya 13 Mar 2018 08:40:00 265 0

NASAnın rəhbəri istefaya gedir

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru vəzifəsini icra edən Robert Laytfut aprelin 30-da istefaya gedəcək.

Son.az APA-ya istinadən xəbər verir ki,  R.Laytfut istefasının səbəbini açıqlamayıb.

2012-ci ildən Agentlik rəhbərinin köməkçisi olan R.Laytfut ötən ilin yanvarından NASA rəhbərinin səlahiyyətlərini icra edir.