Unitaz üçün “ağıllı” qapaq yaradıldı


Digərləri 13 Mar 2018 08:11:00 257 0

Unitaz üçün “ağıllı” qapaq yaradıldı

Çinin "Xiaomi" şirkəti unitaz üçün "ağıllı" qapaq təqdim edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, cihaz "Xiaomi Tinymu Smart Toilet Seat" adlandırılıb və bir sıra faydalı funksiyalara malikdir.

"Ağıllı" qapaq bütün sutka rejimində oturacağın müəyyən temperaturunu saxlamağı bacarır. Əlavə olaraq onu şəxsi qrafikə uyğun olaraq mobil cihaz vasitəsilə uyğunlaşdırmaq da mümkündür.

Onun daha bir funksiyası "ağıllı" "Xiaomi Mi Band" qolbağının sahibləri üçün tez bir zamanda qızdırılmasıdır. Cihazda su ilə yuma funksiyası da mövcuddur ki, o da bir neçə rejimdə çalışır. İstifadəçi "ağıllı" qabaq üzərində 30 dəqiqədən çox olduğu müddətdə səsli dinamik ona bu barədə xəbərdarlıq edəcək. Vaxt müddətini də şəxsi istifadəyə uyğun olaraq uyğunlaşdırmaq mümkündür.