Samsung Galaxy Note 9nun xüsusiyyətləri açıqlanıb


Digərləri 13 Mar 2018 08:01:00 206 0

Samsung Galaxy Note 9nun  xüsusiyyətləri açıqlanıb

İnternet mənbələrində "Samsung Galaxy Note 9" smartfonunun ehtimal olunan texniki xüsusiyyətləri dərc edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, yeni qurğu 6,3 düym diaqonallı 2960 × 1440 piksel təsvir ölçülü "Super AMOLED" ekranla təchiz olunacaq. İstifadəçilər ekranla barmaq və təkmilləşdirilmiş "S Pen" elektron qələmi ilə işləyə biləcəklər.

Bildirilir ki, satış regionundan asılı olaraq smartfon "Exynos 9 Series 9810" prosessoru (2,9 QHs takt tezlikli səkkiz nüvə, Mali G72MP18 qrafik kontrolleri) və ya "Qualcomm Snapdragon 845" çipi (2,8 QHs takt tezlikli səkkiz Kryo 385 nüvəsi, Adreno 630 qrafik sürətləndiricisi) ilə təklif ediləcək.

Gözləntilərə görə, operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş 64 və ya 256 giqabayt təşkil edəcək. Həmçinin qurğunun "Wi-Fi 802.11 a/b/g/n/ac" və "Bluetooth 5.0" simsiz rabitə modulları, gözün qüzehli qişası skaneri, daktiloskopik sensor, eləcə də simsiz enerjidoldurma funksiyasını dəstəkləyən 3300 milliamper/saat tutumlu akkumulyator batareyası təchiz ediləcəyi qeyd olunur.