Kanadada kişi qılıncla təqaüdçüyə hücum edib - VİDEO


Dünya 13 Mar 2018 01:57:16 243 0

Kanadada kişi qılıncla təqaüdçüyə hücum edib - VİDEO

Yetmiş doqquz yaşlı qadın xəstəxanaya yerləşdirilib

Kanadanın Albert əyalətinin Braqq-Krik şəhər polisi qılıncla 79 yaşlı qadına hücum edən 19 yaşlı kişini saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi CTV telekanalı məlumat yayıb.

Asayiş keşikçilərinin sözlərinə görə, təqaüdçü xəstəxanaya yerləşdirilib.

Hücum edən və zərərçəkmiş qohumdurlar. Onlar bir evdə yaşayıblar.

Polis qeyd edir ki, kişi soyuq silah hazırlamaqla məşğuldur. Ona qarşı artıq qanunsuz silah saxlamaq və hücum etmək maddələri üzrə ittiham irəli sürülüb.