Kemeron Diaz kino karyerasını başa vurur


Digərləri 13 Mar 2018 01:25:27 145 0

Kemeron Diaz kino karyerasını başa vurur

Aktrisa həyat yoldaşına daha çox vaxt ayırmaq niyyətindədir

Hollivud aktrisası Kemeron Diaz kinematoqrafiyada karyerasını başa vurmaq niyyətindədir.

"Report" "Metro" nəşrinə istinadən xəbər verir ki, 45 yaşlı aktrisanın bu qərarı barədə rəfiqəsi Selma Bler məlumat verib.

O deyib ki, lanç zamanı qızlar Diazın baş rolda oynadığı "Sevimli" filmini müzakirə ediblər. Məhz həmin vaxt aktrisa etiraf edib ki, daha kinoya çəkilməyi planlaşdırmır və "Good Charlotte" qrupunun üzvü olan həyat yoldaşı Benci Medden ilə daha çox vaxt keçirmək istəyir.