Bu gün Azərbaycanda Yel çərşənbəsidir


Digərləri 13 Mar 2018 00:01:00 238 0

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycanda Yel çərşənbəsidir. Trend-in məlumatına görə, ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.