Afrində türk əsgəri şəhid olub


Dünya 12 Mar 2018 23:45:00 286 0

Afrində türk əsgəri şəhid olub

Martın 12-də Suriyanın Afrin bölgəsində 1 türk əsgəri şəhid olub, daha 1-i yaralanıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Məlumata əsasən, "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin bölgəsində məhv edilən terrorçuların sayı 3381 nəfərə çatıb.