Ziya Bünyadov prospektində minik maşını yanıb - FOTO


Sosial 12 Mar 2018 23:08:37 310 0

Ziya Bünyadov prospektində minik maşını yanıb - FOTO

Hadisə nəticəsində yolda sıxlıq yaranıb

Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində "AzSamand" markalı markalı minik avtomobili yanıb.

“Report” xəbər verir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan "10-TD-109" maşının mühərrik hissəsində qəfil alışma nəticəsində baş verib.

Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun avtomobilin benzin çəni hissəsinə keçməsinin qarşısı alınıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

Hadisə nəticəsində yolda sıxlıq yaranıb.