Azərbaycanın müsbət saldosu:


Digərləri 12 Mar 2018 22:59:00 282 0

Azərbaycanın müsbət saldosu:

Azərbaycanın ixracı bu ilin ilk ik ayı ərzində idxalı 50 faizədək üstələyib. Nəticədə ticarət əməliyyatlarında müsbət saldo əldə olunub. Bu ilin növbəti aylarında Azərbaycanın xaricə məhsul ixracının daha da artacağı proqnozlaşdırılır. Bu isə əsasən yeni istehsal müəssisələrin yaradılması hesabına mümkün olacaq.

Son.az bildirir ki, yanvar-fevral ayları ərzində Azərbaycanda ticarət əməliyyatlarının həcmi 3 milyard 661 milyon dollar olub. Ən önəmli məqamlardan biri isə bu əməliyyatlarda ixracın idxalı 2 dəfəyə yaxın üstələməsidir. Belə ki, idxal əməliyyatları 1 milyard 451 milyon manat, ixrac əməliyyatları isə 2 milyard 210 milyon dollar təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirir ki, ixracda bu üstünlüyün əldə edilməsinə səbəb həyata keçirilən iqtisadi islahatlardır.

Ramil Hüseyn bildirir ki, xüsusilə ixrac məhsullarının bəzi sahələri üzrə güclü artımlar qeydə alınıb.