Rusiya XİN: Tereza Meyin bəyanatı Britaniya parlamentində sirk şousudur


Dünya 12 Mar 2018 22:41:00 299 0

Rusiya XİN: Tereza Meyin bəyanatı Britaniya parlamentində sirk şousudur

Rusiya Xarici İşlər Nazirliyində Britaniya baş naziri Tereza Meyin bəyanatını sirk şousu adlandırıblar.

Son.az APA-ya istinadən bildirir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Tereza Meyin Londonda sabiq rus kəşfiyyatçısının zəhərlənməsində Rusiyanın əli olması ilə bağlı bəyanatına münasibət bildirib.

"Bu, Britaniya parlamentində sirk şousudur. Nəticə aydındır: təxribata əsaslanan növbəti informasiya-siyasi kampaniya. Yeni nağıllar uydurmaqdansa, qoy, Krallıqda kimsə bundan qabaq ki işlərin (FTX-nın keçmiş zabiti Aleksandr Litvinenko, oliqarx Boris Berezovski) aqibətinin necə olduğu barədə danışsın"-, deyə M.Zaxarova qeyd edib.