Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb


Digərləri 12 Mar 2018 22:50:00 261 0

Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb

Mikroavtobus 2 km uzunluğunda marşrut boyunca müstəqil şəkildə hərəkət edəcək

Yaponiya Poçt Xidməti Tokionun mərkəzi küçələrində bağlama, məktub və digər yazışmaların daşınması üçün pilotsuz avtomobilləri sınaqdan keçirməyə başlayıb.

Son.az report.az-a istinadən bildirir ki, xüsusi hazırlanmış "Toyota Estima" mikroavtobusu martın 16-dək 2 km uzunluğunda marşrut boyunca müstəqil şəkildə hərəkət edəcək.

"Bu trassa mərkəzi poçtamt ilə Tokio baş dəmiryol vağzalını və Qindzanın mərkəzi məhəlləsindəki poçt şöbəsini birləşdirir", - deyə idarə nümayəndəsi bildirib.