Rusiya və Türkmənistan prezidentləri Xəzərin problemlərini müzakirə ediblər


Dünya 12 Mar 2018 22:31:09 267 0

Rusiya və Türkmənistan prezidentləri Xəzərin problemlərini müzakirə ediblər

Müzakirə telefon söhbəti zamanı baş tutub

Rusiya və Türkmənistan prezidentləri Vladimir Putin və Qurbanqulı Berdıməhəmmədov Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Müzakirələr bazar ertəsi iki dövlət başçısı arasında baş tutan telefon söhbəti zamanı aparılıb. Telefon danışığı Türkmənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı həmçinin ikitərəfli münasibətlərə də toxunulub.