Baharın trendi: Futuristik eynəklər FOTO


Digərləri 12 Mar 2018 22:32:00 713 0

Baharın trendi: Futuristik eynəklər  FOTO

Cici və Bella Hadid bacılarının ən çox istifadə etdiyi kiçik və sivri çərçivəli eynəklər yaz-yay aylarının bir nömrəli trendidir.

Son.az xəbər verir ki, "Matrisa" filminin qəhrəmanlarının taxdığı eynək modelləri bu il olduqca aktualdır. Stilistlər də bu aksessuarı "ən effektli" nominasiyasının qalibi müəyyən edib. 2018-ci ilin yaz-yay kolleksiyalarının demək olar ki, hər birində kiçik çərçivəli eynəklərə rast gəlmək olar.

Stilistlər məsləhət görür ki, üzün yarısını örtən iri çərçivəli eynəklərlə bir neçə mövsümlük vidalaşaq. Böyük eynəkləri yalnız iki halda istifadə etmək olar: ya sizi heç kimin tanımasını istəməyəndə, ya da makiyajsız küçəyə çıxanda.

90-cı illərin eynək modelini yenidən dəbə "Balenciaga" brendinin kreativ dizayneri Demna Qvasaliya gətirib. Onun kolleksiyasındakı dar çərçivəli eynəklərin rəngli kolqotqalar və iri sırğalarla vəhdəti 1990-ci illərə açıq istinad idi.