Elmə məlum olmayan heyvan tapıldı


Digərləri 12 Mar 2018 22:14:00 311 0

Elmə məlum olmayan heyvan tapıldı

Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb.

Son.az xəbər verir ki, tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub.

Ural dağlarının mağaralarında tapılmış heyvanın sümükləri bərpa olunduqdan sonra əvvəlcə onun bizon olduğunu düşünüblər. Lakin sonra bu heyvanın indiki amerikan bizonuna bənzəmədiyini, güman ki, öküz və bizonun hibridindən yarandığını ehtimal ediblər.