İlk insanları bu xəstəlik məhv edib ŞOK FAKTLAR FOTO


Digərləri 12 Mar 2018 21:56:00 297 0

İlk insanları bu xəstəlik məhv edib  ŞOK FAKTLAR  FOTO

Dünyada ilk insanları müasir insanların yoluxduğu xəstəliklər məhv edib. Afrikadan Avropaya gələn ilk insanların - Neandertalların nəslinin tükənməsinə səbəb olan xəstəliklər məlum olub. Araşdırmalar onu göstərir ki, müasir insanlar o vaxt da virus daşıyıblar. Virus daşıyıcısı olanlar xəstəliyi Neandertallara keçiriblər. Yoluxduqları xəstəliklər səbəbindən Neandertal insanların nəsli sürətlə tükənməyə başlayıb.

Son.az xəbər verir ki, Kembric Universitetindən olan mütəxəssis Şarlotta Holdkroft ilə Oksford Brookes Universitetindən olan Simon Underdovna Neandertal insanların məhv olmasının səbəblərini araşdırıb. Neandertal insanın DNT-sinin daş dövründə qarşılaşdıqları xroniki xəstəliklərlə mübarizə apararaq həyatda qalmağa çalışdığını sübut etmək istəyən mütəxəssislər bunun təsadüf olmadığını iddia edir. Viruslar məhz müasir insanlar tərəfindən yayılıb.

Mütəxəssislər bir çox mikrobların müasir insanlarda ilk olaraq nə zaman xəstəliklərə yol açdığını araşdırıb. Bunu öyrənmək üçün bir sıra müxtəlif genetik testlər aparılıb. İlkin nəticələrə görə, insan orqanizmində ölümcül xəstəliklərə yol açan ilk mikrobun 8000 il əvvəl aşkarlandığı bilinib. Bu təxminən kənd təsərrüfatı və maldarlığa keçiddən sonra heyvanlarla ünsiyyət zamanı insanlara keçən yoluxucu viruslardır.

Lakin son illərdə aparılan araşdırmalar onu göstərir ki, bənzər xəstəlikləri yaradan viruslar çox daha əvvəl mövcud olub. Bu isə qədimdə Afrikadan çıxan insanların bu xəstəlikləri daşıdığı və Neandertallarla qarşılaşanda onları da yoluxdurduğunu sübut edir.

Alimlərin fikrincə xəstəlik insanları birdən birə deyil, tədricən məhv edib. Kembric Universitetindən olan mütəxəssis Şarlotta Holdkroftun fikrincə, sağlamlıqlarında yaranan problemlər tədricən onların yer üzündən silinməsinə gətirib çıxarıb: "Onlar bilmədən bu virusları bir-birlərinə də ötürdükləri üçün məhv olmağa məhkum olublar".


Xəbərə aid fotolar