Giorgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfəri başa çatıb


Siyasət 12 Mar 2018 21:41:23 244 0

Giorgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfəri başa çatıb

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfəri martın 12-də başa çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.